İtaliyalı keçmiş futbolçu Antonio Kabrini açıqlama verib. Sport24.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan sabiq oyunçu "İnter"də çıxış edən Hakan Çalhanoğlunu "Yuventus"a məsləhət görüb:
"Orta xətti gücləndirmək üçün Hakana ehtiyac var. O, "İnter"lə müqaviləsini uzatmazsa, "Yuventus" bu vəziyyəti mütləq dəyərləndirməlidir. Hakan komandanın yarımmüdafiəsini dəyişdirə biləcək oyunçudur".
Çalhanoğlu bu mövsüm 9 oyunda 3 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.