"Neftçi" futbolçusu Andrey Ştoqrinlə yollarını ayırmağı planlaşdırır. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Ukraynalı futbolçu "ağ-qaralar"ın gələcək planlarına daxil deyil. Paytaxt təmsilçisi Ştoqrinlə qış transfer dönəmində yollarını ayırmaq niyyətindədir.

Lakin bunun üçün tərəflərin razılığa gəlməsi tələb olunur. Çünki 31 yaşlı futbolçunun "Neftçi" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Andrey Ştoqrin cari mövsümdə Misli Premyer Liqasının heç bir oyununda meydana çıxmayıb.