Bu gün baş tutan iki oyunla Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, "Karvan-Yevlax" səfərdə "Zəngəzur"u 4:1 hesabı ilə məğlub edib. 

 

"Gəncəbasar" isə "Xankəndi"ni 3:2 yenərək adını 1/8 final mərhələsinə yazdırıb. 

 

Bununla da 1/8 finalın bütün cütləri müəyyənləşib:

 

 

"Araz-Naxçıvan" - "Marafon"

"İmişli" - "Sumqayıt"

"Sabah" - "İmişli"

"Sumqayıt" - "Qarabağ"

"Qəbələ" - "Şahdağ Qusar"

"Gəncəbasar" - "Şamaxı"

"Neftçi" - "Şəfa"

"Karvan Yevlax" - "Zirə"

"Turan Tovuz" - "Kəpəz"

 

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 təsnifat mərhələsinin oyunları dekabrın 1-2-də baş tutacaq