"Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç klubla müqavilə müddətini uzatdıqdan sonra hər mövsüm 6 milyon avro qazanacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

 

Tərəflər 2031-ci ilə qədər qüvvədə olacaq yeni müqavilə ilə bağlı razılığa gəliblər. Sənədin bu gün imzalanması gözlənilir.

 

Qeyd edək ki, Puluşiç cari mövsümdə 8 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "rossoneri" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.