Azərbaycanın üç sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) rəqiblərinə məğlub olublar.

 

Ruzanna Məmmədova 1/8 final mərhələsində Çin təmsilçisi Menqyu Xieyə, Rəşid Babazadə 1/16 finalda Qırğızıstan güləşçisi Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreyni təmsil edən Axmed Maqomed Tajudinova məğlub olub.

 

Rəşid və Maqomedxanın rəqibləri finala yüksələrsə, onlar sabah təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcəklər.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.