Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığması növbəti zəfərini yaşayıb. Sport24.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandamızın üzvü Sənan Süleymanov yarışın qızıl medalına sahib çıxıb.
77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız həlledici final qarşılaşmasında Moldovanı təmsil edən Aleksandrin Qutunu məğlub edərək dünya çempionu adını qazanıb.
Qeyd edək ki, Astanadakı dünya çempionatı noyabrın 1-dək davam edəcək.