Misli Premyer Liqasının 9-cu turuna Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Qarabağ"ı qonaq edir.
Çempionluğa iddialı bu komandaların oyunu böyük maraqla gözlənilir. Hər iki kollektiv rəqibləri ilə müqayisədə bir oyun az keçirsə də, ilk "üçlük"də qərarlaşıblar. Meydan sahibləri 19 xalla 1-ci, 17 xalı olan qonaqlar isə bu görüş ərəfəsində 3-cü yerdədir. "Bayquşlar" bu gün qalib gələcəyi təqdirdə zirvədə yerini bir qədər də gücləndirəcək. Qonaqlar meydandan 3 xalla ayrılacağı halda isə ilk pilləyə yüksələcək.
Görüşü maraqlı edən məqamlardan biri də oyunun Mərdəkanda keçirilməsidir. "Sabah" ilk dəfə rəqibini "Sabah Arena"da qəbul edəcək.
Qeyd edək ki, Misli Premyer Liqasında 10-cu turun oyunlarına oktyabrın 30-da start veriləcək.
Misli Premyer Liqası
I dövrə, IX tur
18:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mərdəkan. "Sabah Arena".
"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 37. Du Keyros 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 34. Ksander Severina 18. Karlos Eduardo 8. Kristian Nvaçukvu
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 5. Bruno Lanqa 29. Renaldo Sefas 9. Zakaria Savo 21. Aleksey Kaşuk 4. Bense Varkonyi 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 12. Teymur Həsənov 13. Bəhlul Mustafazadə 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 25. Cebrail Makreçkis 19. Taofik İsmail 7. Jali Muaddib 35. Pedro Bikalyo 11. Reda Xadra 88. Samuel Lobato 39. Jeremi Qnal