"Milan"ın keçmiş baş məşqçisi Stefano Pioli A Seriyasına qayıtmaq istədiyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Corriere dello Sport" nəşrinə açıqlama verib:

 

"Xaricə getməyi düşünürəm, İtaliyada qalmağa üstünlük verərdim. Burda özümü sübut etmək istəyirəm. Xaricdən çoxlu təkliflər almışam. Bunların arasında İspaniya, İngiltərə və ya Fransadan təklif yoxdur. İtaliya daxilindən də bəzi müraciətlər olub, amma heç biri tam ciddi xarakter daşımır.

Mən heç də "bitmiş" məşqçi deyiləm. Bəli, son iş təcrübəm yaxşı alınmadı, amma özümü hələ də gənc hiss edirəm və futbola böyük töhfə verə biləcəyimə inanıram. Futbolun qanunauyğunluğu belədir. Sosial mediada insanlar tamamilə emosiyalara qapılaraq, dərhal sizə müəyyən damğalar vururlar. Cəmi bir neçə qələbə qazanmaq kifayətdir ki, artıq heç kim sizi "bitmiş" hesab etməsin". 

 

Qeyd edək ki, Piolinin son iş yeri 2025-ci ilin noyabrında ayrıldığı "Fiorentina" olub. O, 2021/22 mövsümündə "Milan"ın baş məşqçisi kimi A Seriyasının qalibi olub. 61 yaşlı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna, həmçinin "İnter", "Latsio", "Bolonya", "Palermo", "Kyevo", "Sassuolo", "Pyaçentsa", "Qrosseto", "Parma", "Modena" və "Salernitana" komandalarına da rəhbərlik edib.