Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində əvvəlcə Hövsan Yarış Kompleksində Andorra ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

 

Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

 

Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.

 

Azərbaycan yığması günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu qarşılaşma da Hövsan Yarış Kompleksində keçirilcək və saat 19:30-da başlayacaq.

 

Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda Avstraliya ilə birgə 3 xalla AF qrupunda şərikli liderdirlər.