Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında 9-cu turu başa çatır. Sport24.az xəbər verir ki, ünün ilk qarşılaşması yevlaxda baş tutacaq. 

 

"İmişli" "Şamaxı"nı qəbul edir. Hazırda aktivində 7 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 9-cu, qonaqlar isə 13 xalla 7-ci pilləsində qərarlaşıb. "Pələnglər" bu gün qalib gələcəyi təqdirdə mövqeyini bir qədər yaxşılaşdıra bilər. Daha dəqiq desək, bölgə klubu "Sumqayıt"ı ötərək, 8-ci yerə yüksələcək. "Şirlər" 3 xal qazanacağı halda xallarının sayını 16-ya çatdırmaqla, 5-ci pillədə olan "Zirə" ilə xallarının sayını bərabərləşdirəcək.

 

Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Kəpəz" səfərdə "Şəfa"nı 2:1 hesabı ilə mğlub edib. "Neftçi" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

 

Misli Premyer Liqası

I dövrə, IX tur

 

15:00. "İmişli" - "Şamaxı" 2:1

Qollar: D. Almeyda, 17, S. Fərəcov, 90+1, pen. ; A. Şuaybu, 65.

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev 
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov 
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax. Şəhər stadionu.

 

"İmişli": 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 55. Murad Ələkbərov 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 80. Deko

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 17. Seyxan Fərəcov 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 10. Dioqo Kardozu 8. Xuan Hernandes

Məşqçi: Ervins Perkons 

"Şamaxı":1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 11. Ayman Bouali 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 10. Edqar Adilxanov 66. Ceyhun Bağırzadə 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu 

Baş məşqçi: Azər Bağırov