Misli Premyer Liqasında IX turdan sonra komandaların çempionluq ehtimalları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.

Məlumata görə, "Sabah" çempionluq uğrunda mübarizədə əsas favorit olaraq qalır. "Bayquşlar"ın mövsümü birinci pillədə başa vurmaq ehtimalı 68 faizdir.

"Qarabağ"a 24, "Neftçi"yə isə 4 faiz şans verilib.

Qeyd edək ki, ehtiyatda bir oyunu olan "Sabah" 9 turdan sonra 20 xalla liderdir. "Neftçi" 18 xalla ikinci, 8 oyun keçirən "Qarabağ" isə 18 xalla üçüncü pillədə qərarlaşıb.