Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

 

Hücumçu Premyer Liqanın IX turunun "Sumqayıt"la ev matçında (3:2) fərqlənib.

 

Gürcüstanlı forvard 121-ci oyununda "40"a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

 

qeyd edək ki, o, Fernando Peres ("Bakı") və Mehman Allahverdiyevlə ("Kəpəz") eyni göstəriciyə malikdir. Rekord isə "Qarabağ"da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.