Tanınmış rusiyalı futbol mütəxəssisi Hacı Hacıyev Özbəkistanın "Qazalkent" klubunda çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə "Eurasia Football" məlumat yayıb.

 

Tərəflər qarşıdan gələn mövsüm üçün əməkdaşlıq barədə razılıq əldə olunsa da, 80 yaşlı məşqçi artıq "Qazalkent"də işə başlayıb. O, komandanın strukturu, məşq prosesləri və oyunçuların inkişaf sistemi ilə tanış olur. Onun klubdakı fəaliyyəti 2027-ci il mövsümündən etibarən tammiqyaslı xarakter alacaq.

 

Hacıyevin əsas hədəflərindən biri gənc oyunçuların hazırlanması sistemini qurmaq, həmçinin "Qazalkent"in məşqçilər heyəti ilə işləyərək onların peşəkar ixtisas səviyyəsini yüksəltmək olacaq.

 

Qeyd edək ki, "Qazalkent" Özbəkistan futbolunda yeni özəl layihələrdən biridir. İlk dəfə 1993-cü ildə təsis edilən klub Özbəkistan Birinci Liqasında bir neçə mövsüm çıxış etdikdən sonra fəaliyyətini dayandırmışdı. Klubun yenidən bərpası barədə rəsmi məlumat 19 dekabr 2025-ci ildə açıqlanıb.