Misli Premyer Liqasının IX turu "Turan Tovuz" üçün əlamətdar olub. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu olub.
74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. 186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb.
Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən qərblilərin ilk matçı 2022-ci il avqustun 8-də evdə "Qəbələ"yə qarşı olub – 0:2.