"Barselona" yarımmüdafiəçi Mark Bernal ilə müqaviləsinin 2031-ci ilə qədər uzadılması barədə razılığa gəlib. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, tərəflər bütün şərtlər üzrə razılaşıblar və sözləşmənin yaxın günlərdə imzalanması gözlənilir.

 

19 yaşlı futbolçunun hazırkı anlaşması 2029-cu ilin yayına qədər qüvvədədir. Yeni müqavilə əməkdaşlıq müddətini daha iki mövsüm uzadır.

 

Bernal "Barselona" akademiyasına 2014-cü ilin yayında, yeddi yaşında qoşulub. O, klubun bütün yaş qruplarını keçərək əsas komandaya qoşulub. 

 

Mark əsas komandada debütünü 2024-cü ildə avqustun 17-də "Valensiya"ya qarşı çempionat oyununda La Liqa edib. Lakin cəmi on gün sonra dizindən ciddi zədə alıb və bir ildən çox müddətə yaşıl meydanlardan uzaq qalıb. O, ötən ilin sentyabrında yenidən meydana qayıdıb.

 

Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm 11 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.