Rusiya Premyer Liqasının (RPL) 12-ci turunda "Rostov"la oyundan (0–2) sonra "Lokomotiv"in futbolçularını və heyət üzvlərini Moskvaya aparan qatar dron hücumuna məruz qalıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov məlumat yayıb.

 

"Lokomotiv"in yarımmüdafiəçisi Sergey Pinyayev hadisəni "Mash na Sporte" teleqram kanalına açıqlamasında təsdiqləyib.

 

Mənbənin sözlərinə görə, klubdan heç kim xəsarət almasa da, beş sərnişin yaralanıb. "Lokomotiv" klubunun tibb heyəti hadisə yerində onlara yardım göstərib. PUA oyunçuların olduğu vaqondan dörd vaqon aralıda yerləşən vaqona zərbə endirib.

 

Qeyd edək ki, TASS agentliyi bu gün Anapa–Moskva qatarının bir vaqonunun PUA hücumuna məruz qaldığı təsdiqləyib.