Hazırda "Santos"da çıxış edən, "Barselona" və PSJ-nin keçmiş hücumçusu Neymar, hansı klubda özünün ən yaxşı formasında olduğu barədə sualı cavablandırıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə "A Bola"ya açıqlam verib:

 

"Karyeramın ən yaxşı dövrü PSJ-də, kluba ilk qoşulduğum vaxtlarda olub. Bilirəm ki, insanlar mənim "Barselona"dakı dövrümü — Messi, Suares və Neymardan ibarət "MSN" üçlüsünü yaratdığımız vaxtları və həmin komanda ilə əldə etdiyim uğurları xatırlayırlar. Lakin hesab edirəm ki, Neymarın ən yaxşı versiyası PSJ-də idi.

Məhz orada mən güc, sürət və zəkanı birləşdirdim, həmçinin meydançadakı hər bir xırda detala diqqət yetirməyi öyrəndim. Mənim üçün bu, əə yaxşı dövr idi".