Bu gün İspaniya La Liqasının 10-cu turu çərçivəsində "Barselona"  "Real"ı qonaq edir. Sport24.az xəbər verir ki, mövsümün ilk "El Klasiko"su Barselonadakı "Spotify Camp Nou" stadionunda keçiriləcək.

 

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

 

Qeyd edək ki, 9 turdan sonra "Barselona" yüz faizli nəticə göstrib. Kataloniya təmsilçisi 27 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Real" isə 3-cü yerdədir. Joze Mourinyonun komandasının aktivində 21 xal var.