Kişi voleybolçuların Super Liqasında 1-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, turun son qarşılaşması bu gün FHN-in idman zalında keçirilib.

 

Görüşdə "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gəlib. Qarşılaşma "Xilasedici" komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Super Liqanın 2-ci turunun oyunları oktyabrın 28-də keçiriləcək.