Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" səfərdə "Tekstilşik"in qonağı olub.

 

Qarşılaşma "Soçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.