İsraildə futbol üzrə Superliqanın 8-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfat Abdullazadənin çıxış etdiyi "İroni" (Kiryat-Şmona) doğma meydanda "Sakhnin" ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Abdullazadə start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib. 

Hazırda "İroni"turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.