Misli Premyer Liqasının 9-cu turuna paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Turan Tovuz"u qonaq edir.
Hazırda aktivində 17 xal olan "ağ-qaralar" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Ağ-qaralar" lider "Sabah"la eyni xala malik olsa da, "bayquşlar" (1 oyun az keçiriblər) əlavə göstəricilərə görə, birinci yerdədir. "Turan Tovuz" isə 14 xalla 5-cidir. Komandaların indiki durumunu nəzərə alsaq, oyunun favoriti "ağ-qaralar"dır. Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv məhsuldar oyunu seçilir. "Neftçi" geridə qalan turlarda rəqib qapılarından 21 top keçirdiyi halda, tovuzlular cəmi 7 qolla yadda qalıb. Oyun planında da meydan sahibləri qonaqlardan daha üstün təir bağışlayır.
Qeyd edək ki, tura sabah keçiriləcək "İmişli" - Şamaxı", "Sabah" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, IX tur
19:00. "Neftçi" - "Turan Tovuz" 0:0 (Birinci hissə)
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Bakı. "Palms Sports Arena".
"Neftçi": 1. Emil Balayev (k) 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 55. Endryu Qravilyon 33. Breno Almeyda 10. Freddi Varqas 20. Qustavo Klisman 88. Viçko Şevel 11. Alen Şkribek 27. Draqolyub Saviç
Ehtiyat oyunçular:93. Rza Cəfərov 91. Nurəziz Əzizov 14. Elvin Bədəlov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 18. İfeanyi Metyu 97. Bassala Sambu 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 70. Andrey Ştoqrin 22. Denzel Jubitana
"Turan Tovuz": 1. Oleq Baklov 4. Rahil Məmmədov 21. Stiv Beusnar 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 77. Vadji İbrahima 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 33. Filip Damyanoviç 11. Dioqo Balau
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 5. Roderik Miller 15. Emmanuel Hakman 19. Roberto Olabe 25. Denis Marandiçi 8. David Tavareş 28. Aleksa Yankoviç