"Artıq son illərdə "Sabah" – "Qarabağ" matçı derbi qarşılaşmasına çevrilib. Hər iki komanda çempionluğa oynayır və bizi maraqlı, gərgin mübarizə şəraitində keçəcək görüş gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının IX turunda baş tutacaq qarşılaşma barədə fikirlərini bölüşüb:

"Kimin qalib gələcəyini indidən demək çətindir. Hər iki klubun qələbə şansını bərabər qiymətləndirirəm. Son dönəmlərdəki çıxışını və nümayiş etdirdiyi oyunu nəzərə alsaq, "Sabah"ın az da olsa üstünlüyü ola bilər. Ancaq bu cür qarşılaşmalarda hər şey meydanda həll olunur və kiçik detallar da nəticəyə təsir göstərə bilər. Sadəcə, "Sabah"ın UEFA Çempionlar Liqasına da diqqət ayırması müəyyən mənada çempionat oyunlarına təsir göstərə bilər. Sıx oyun qrafiki komandanın Premyer Liqadakı çıxışına təsir göstərəcək".

Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu oktyabrın 25-də, saat 18:00-da start götürəcək.