Bu gün Misli Premyer Liqasının 9-cu turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçiriləcək.

 

"Şəfa" "SOCAR Polymer Arena"da "Kəpəz"i qonaq edir. Nominal meyda sahibləri mövsümə uğursuz start verib. Paytaxt təmsilçisi geridə qalan turlar ərzində 1 qələbəyə sevindiyi halda, 7 matçda meydanı məyus tərk edib. Zaur Həşimovun baş məşqçisi olduğu kollektiv hazırda 3 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Gəncə təmsilçisi isə əksinə, azarkeşlərini yaxşı mənada təəccübləndirməkdə davam edir. Bəlkə də çoxları "sarı-göylər"dən belə start gözləmirdi. Azər Məmmədovun çalışdırdığı komanda 8 turdan sonra ( 1 oyunu təxirə salınıb) 11 xal toplayaraq 7-ci yerdədir.

 

Qeyd edək ki, turun ilk günündə "Zirə" "doğma divarlar" arasında "Sumqayıt"ı (3:2) məğlub edib. "Qəbələ" isə səfərdə "Araz-Naxçıvan"ı (2:1) məyus edib.

 

Misli Premyer Liqası

I dövrə, IX tur 

 

16:30. "Şəfa" - "Kəpəz" 0:0 (Birinci hissə(

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Vüqar Həsənli 
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Asif Əliyev
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Şəfa": 97. Tiaqo Silva 42. Elnur Cəfərov (k) 55. Rauf Hüseynli 83. Nihad Quliyev 6. Fərid Yusifli 10. Dilan Mertens 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 34. Kristofer Mamenqi

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 28. Murad Musayev 21. İsmayıl Zülfüqarlı 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 77. Elmar Məmmədov 18. Bafode Dansoko 8. Vlad Pop 22. Umar Diav 7. Treyvon Fuller

"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 10. Rəhman Hacıyev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 66. David Domqjon 11. Viktor Stina 33. Benito 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 6. Vadim Abdullayev 99. Əli Səmədov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 57. Amur Yusifov 21. Azuma Abubakar 3. Mahamadu Ba