"Qısası, hamı üçün maraqlı oyun oldu. "Sabah" yaxşı komandadır və onlara qarşı oynamaq bizim üçün çətin idi". Sport24.az xəbər verir ki, bu sözləri "Naxçıvan" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç ötən gün "Sabah"a 88:83 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Baş məşqçi gərgin keçən matçı dəyərləndirərək komandasının mübarizəsini və azarkeşlərin dəstəyini yüksək qiymətləndirib:
"Görüşün əvvəlində rəqibdən çox geri qalmadıq və son dəqiqələrə qədər mübarizəni davam etdirdik. Sonda isə bəxtimiz bir az gətirdi. Qələbə qazanmaq üçün göstərdikləri böyük istəyə və əzmkarlığa görə bütün oyunçularımıza, dəstəklərinə görə isə bütün azarkeşlərimizə təşəkkür edirəm".