Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) IV turun daha bir oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, NTD "Ordu" ilə qarşılaşır.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.
Qeyd edək ki, hesabat həftəsinə oktyabrın 25-də yekun vurulacaq. Ötən gün turun açılış matçında"Naxçıvan" "Sabah"ı 88:83 hesabı ilə məğlub edib.