Azərbaycan çempionu "Sabah" basketbol komandası heyətini Orxan Aydın Hacıyevlə gücləndirib. Sport24.az xəbər verir ki, keçid barədə basketbolçunun daha əvvəl çıxış etdiyi Türkiyənin "Mersinspor" klubu rəsmi açıqlama yayıb.

 

Qeyd edək ki, qonşu ölkə təmsilçisinin kapitanı olan təcrübəli idmançı karyerasına Masazır klubunda davam etməyə qərar verib.