Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) III turun daha bir oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, "Sabah" NTD ilə üz-üzə gələcək.

 

Milli Gimnastika Arenasında baş tutacaq görüşün start fiti, saat 19:00-da səslənəcək.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Gəncə"ni (72:70), "Neftçi" "Sumqayıt"ı (86:69) məğlub edib. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.