Misli Premyer Liqasının VIII turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, turun 6 qarşılaşmasında ümumilikdə 30 800 tamaşaçı qeydə alınıb.

Ən çox azarkeş "Kəpəz" – "Zirə" matçında (1:1) olub. Gəncə şəhər stadionunda keçirilən görüşü 13 800 fanat izləyib.

"Qarabağ" – "Neftçi" derbisində (3:3) isə tribunada 13 500 tamaşaçı əyləşib.

Digər qarşılaşmalarda qeydə alınan tamaşaçı sayı belə olub:

"Şamaxı" – "Şəfa" (3:2) – 1 200,

"Sumqayıt" – "Araz-Naxçıvan" (2:1) – 1 200,

"Qəbələ" – "Sabah" (0:4) – 750,

"İmişli" – "Turan Tovuz" (1:0) – 350.

Qeyd edək ki, Misli Premyer Liqasının IX turuna oktyabrın 23-də start veriləcək.