"Roma"nın əfsanəvi kapitanı Françesko Totti Roma klubuna mümkün qayıdışı ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, o, bu barədə "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə danışıb:

 

"Roma" mənim üçün hər şey idi, hər şeydir və həmişə də belə olacaq. Bu, sanki ikinci dərim kimidir – bəlkə də, hətta birinci dərimdir. Fikrimcə, bu formanı geyindiyim müddətdə yaşadıqlarım həqiqətən də, sözün əsl mənasında, müqayisəolunmazdır. "Roma"ya qayıda bilərəmmi? "Heç vaxt" deməyin". 

 

Qeyd edək ki, Totti bütün peşəkar karyerasını "Roma"da keçirib və 2017-ci ildə karyerasını başa vurub. Keçmiş hücumçu sentyabr ayında 50 yaşını qeyd edib.