"Benfika"nın sağ cinah müdafiəçisi Daniel Banjaki Premyer Liqa klublarının diqqətini çəkib. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Liverpul" və "Çelsi" 18 yaşlı portuqaliyalı futbolçu ilə maraqlanır. Hər iki klub son vaxtlar sağ cinah müdafiəsi mövqeyində kadr problemləri ilə üzləşib.

 

Qeyd edək ki, Banjakinin "qartallar"la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir və onun sərbəst qalma məbləği (təzminat) 38 milyon funt-sterlinq təşkil edir.