Almaniya millisinin üzvü Feliks Nmeça İngiltərəyə geri qayıda bilər. Sport24.az xəbər verir ki, "Mançester Siti"nin yetirməsi olan yarımmüdafiəçi İngiltərənin birdən-brə 4 klubundan təklif alıb.
"Liverpul", "Nyukasl", "Mançester Siti" və "Mançester Yunayted" alman futbolçu üçün hərəkətə keçib.
26 yaşlı futbolçu isə hələ ki qərarını verməyib. Onun "Borussiya" (Dortmund) ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
"Mançester Siti"nin yetirməsi "Volfsburq"da da oynayıb.