Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

 

Günün ilk görüşü yevlaxda keçiriləcək. "İmişli" "Turan Tovuz"u qəbul edir. 7 turdan sonra aktivində 4 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 9-cu, qonaqlar isə 14 xalla 4-cü yerdədir. Komandanın göstərdiyi oyundan və nəticələrdən narazı qalan "pələnglər" həftəiçi baş məşqçi Fərid Namazovla yolları ayırdı. Klubun başbilənlərinin komandaya nə dərəcədə fayda verəcəyini bu gün görəcəyik.

 

Tovuz təmilçisi isə gerdə qalan həftələrdə baxımlı oyunla frəqlənməsə də, liderlər qrupunda yer almağı bacarıb.

 

Qeyd edək ki, turun artıq baş tutan oyunlarında "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Şamaxı" "Şəfa"nı (3:2), məğlub edibsə, "Sabah" səfərdə "Qəbələ"ni 4 cavabsız qolla yenib. "Qarabağ" Neftçi matçında iə qalib müəyyənləşməyib - 3:3.

 

Misli Premyer Liqası

I dövrə, VIII tur

 

15:00. "İmişli" - "Turan Tovuz" 0:0 (Birinci hissə)

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə
VAR: Kamranbəy Rəhimov 
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Zöhrab Qədiyev 
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax. Şəhər stadionu.

 

"İmişli": 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 80. Deko

 

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 70. Mehdi Tahirov 3. Tuncay Yusifli  55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 9. Dioqo Almeyda 8. Xuan Hernandes 42. Sebai Senin

 

Məşqçi: Ervins Perkons 

 

"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 21. Stiv Beusnar 3. Enrike Silva 23. Alexandro Serrano 77. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 7. Xorxe Silva 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau

 

Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 90. Jo Batista 19. Roberto Olabe 28. Aleksa Yankoviç

 

Baş məşqçi: Kurban Berdiyev