Misli Premyer Liqasının 8-ci turuna Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" "doğma divarlar" arasında "Zirə"ni qonaq edir.

 

Turnir cədvəlində qonşu olan komandaların oyunu maraqla gözlənilir. Geridə qalan 7 turdan sonra meydan sahibləri 10 xalla 7-ci (bir oyun az keçirib), qonaqlar isə 11 xalla 6-cı pillədə qərarlaşıb. Gəncəlilər qalib gələcəyi təqdirdə "Zirə"ni ötə, Bakıətrafı qəsəbə təmsilçisi isə qələbə qazanacağı halda 5-ci yerdə olan "şamaxı" ilə xallarını bərabərləşdirə bilər. Bir sözlə, bugünkü oyunda hər iki komandaya 3 xal vacibdir.

 

Qeyd edək ki, 9-cu turun oyunlarına oktyabrın 23-də start veriləcək.

 

Misli Premyer Liqası

I dövrə, VIII tur

 

18:30. "Kəpəz" - "Zirə" 0:0 (Birinci hissə)

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Rauf Cabarov 
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Gəncə. Şəhər stadionu.

 

"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 7. Namik Ələskərov 8. Şakir Seyidov 9. Kennet Kalunqa 66. David Domqjoni 11. Viktor Stina 33. Benito 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 99. Əli Səmədov 20. Rafael Məhərrəmli 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov

"Zirə": 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 6. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 11. Ayxan Hüseynov 4. Ruan Renato 9. Davit Volkov 5. Ange Mutsinzi 3. Dimitri Leqbo 7. Eren Aydın 33. Mehdi Mişahşah

Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 2. Amin Seydiyev 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 23. Dameyn Smit 29. Kris Diqbeu