Misli Premyer Liqasında bu gün "Kəpəz" "Zirə"ni qəbul edəcək. Sport24.az xəbər verir ki, qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək.

Komandalar ölkə çempionatında indiyədək 27 dəfə üz-üzə gəliblər. Bu oyunların 15-də "Zirə" qələbə qazanıb. "Kəpəz" isə cəmi 3 dəfə rəqibindən üstün olub. Daha 9 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də Bakı təmsilçisinin aşkar üstünlüyü var – 45:19.

Maraqlıdır ki, "Kəpəz" Premyer Liqada keçirdiyi son 19 oyunda "Zirə"ni məğlub edə bilməyib. Bakı klubu son 9 qarşılaşmada da rəqibinin qapısına yol tapıb.

"Kəpəz"in "Zirə" üzərində çempionatdakı son qələbəsi isə 2017-ci il martın 13-də qeydə alınıb. Həmin görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qarşılaşma bu gün saat 18:30-da başlayacaq.