"Çelsi", "Tottenhem" və "Napoli"nin keçmiş baş məşqçisi Antonio Konte "Mançester Yunayted"ə rəhbərlik etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin özlərinə görə, baş məşqçi Maykl Kerrik üzərində təzyiqlərin artdığı bir vaxtda, agentlər klubla əlaqə saxlayaraq 57 yaşlı italiyalı mütəxəssisin dərhal işə başlamağa hazır olduğunu bildiriblər.
Məlumata görə, Konte hələ ötən yay "Mançester Yunayted"də işləməyə maraq göstərmişdi. Həmin vaxt onun nümayəndələri klubun idman direktoru ilə danışıqlar aparmışdılar.
Qeyd edək ki, "Yunayted" bu mövsüm Premyer Liqada keçirdiyi 6 oyundan yalnız birində qələbə qazana bilib və hazırda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.