Əfsanəvi ingilis futbolçu Devid Bekhem FİFA prezident postuna seçkidə Canni İnfantinoya rəqib ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, qlobal populyarlığı sayəsində Bekhem qarşıdan gələn seçkilərdə İnfantinoya ciddi rəqib ola bilər. Bundan əlavə, Bekhem FİFA-dakı korrupsiya qalmaqallarını açıq şəkildə "iyrənc" adlandırıb.

 

Daha əvvəl Arsen Vengerin də FİFA prezidentliyinə potensial namizəd ola biləcəyi qeyd olunmuşdu.

 

qeyd edək ki, FİFA prezidentliyinə seçkilərin 2027-ci ilin martında keçirilməsi nəzərdə tutulub.