"Bavariya"nın hücumçusu Harri Keyn klubla imzaladığı yeni müqaviləyə əsasən həftədə 400 min funt sterlinq (475 000 avro) maaş alacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı hücumçu 2023-cü ildən qüvvədə olan əvvəlki müqaviləsi çərçivəsində də eyni məbləğdə əmək haqqı alırdı.
Həmçinin bildirilir ki, Keynin müqaviləsini 2030-cu ilə qədər uzatmaqda məqsədi DÇ-2030-a qədər yüksək səviyyədə çıxış etməyə davam etmək idi. Lakin Münhen klubu müddəti 2029-cu il qədər qüvvədə olacaq sözləşmə təklif edib.