Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) III tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
"Naxçıvan" "Gəncə" ilə, "Neftçi" "Sumqayıt"la qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutacaq görüşlər müvafiq olaraq saat 15:00 və 18:00-da başlayacaq.
Qeyd edək ki, turun "Sabah" - NTD görüşü oktyabrın 19-da baş tutacaq. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.