"Sabah" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "Bayquşlar" Hassano Qravett ilə müqavilə imzalayıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Amerikalı ilə anlaşmanın müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.

 

Qravett daha əvvəl 2024-2026-cı illərdə "Sabah"da çıxış edib.