Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

 

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

 

Qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.