"Bavariya"nın hücumçusu Harri Keyn aldığı zədəyə görə təəssüfləndiyini bildirib və 2027-ci ildə yaşıl meydanlara qayıdacağını vəd edib. Sport24.az xəbər verir ki, ingiltərəli futbolçu əməliyyatdan sonra xəstəxanadan fotosunu sosial şəbəkə hesabında paylaşaraq vəziyyəti ilə bağlı açıqlama verib:

 

"Belə zədə almaq məyusedicidir. Ancaq bu, dözümlülüyümü göstərmək və daha yaxşı olmaq üçün fürsətdir. Mövsümün həlledici mərhələsinə güclü və hazır qayıdacağam. Çətin günlər geridə, güclü insanlar isə irəlidə qalır. Mesajlarınız üçün hər kəsə təşəkkür edirəm".

 

Qeyd edək ki, "Köln"lə matçda zədələnən hücumçunun ayaq biləyindəki sindesmoz bağları qopub. Onun təxminən üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.