Qazaxıstanın hazırkı çempionu "Ordabası"nın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə "AmanVIBE" Telegram kanalı məlumat yayıb.
Çimkənt klubu belçikalı Karel Geraerts ilə ortaq məxrəcə gəlib.
Mənbənin sözlərinə görə, tərəflər əməkdaşlığın bütün şərtləri ilə bağlı razılığa gəliblər. 44 yaşlı mütəxəssis Qazaxıstan klubu ilə iki illik (əlavə bir il uzatma imkanı ilə) müqavilə imzalayacaq və bununla da Qazaxıstan çempionatı tarixində ən yüksək maaş alan məşqçi olacaq.
Qeyd edək ki, belçikalı mütəxəssis karyerası ərzində "Union", "Şalke" və "Reims"dəki fəaliyyəti ilə tanınır.