"Sauthempton" baş məşqçi Tonda Ekertlə müqavilənin müddətini uzadıb. Yeni razılaşma 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Sport24.az xəbər verir ki. bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

33 yaşlı mütəxəssis 2025-ci ilin noyabrından etibarən klubdadır. O, əvvəlcə Uill Stillin istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi kimi çalışıb, daha sonra isə daimi əsasla müqavilə imzalayıb.

 

Ekertin rəhbərliyi altında komanda ötən mövsüm Çempionşipdə 4-cü yeri turub. "Müqəddəslər" ("Saints") həmçinin İngiltərə Kubokunda yarımfinala qədər irəliləyiblər.

 

Qeyd edək ki, "Sauthempton" hazırda Çempionşipdə 7-ci pillədə qərarlaşıb və lider "Birmingem"dən 5 xal geri qalır.