"Qalatasaray"ın hücumçusu Viktor Osimhen İngiltərənin "Mançester Yunayted" klubunun ona yenidən maraq göstərməsindən məmnun qalıb və bu komandanın formasını geyinməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, İngiltərə klubunun yeni baş məşqçisi Maurisio Poçettino hücumçu mövqeyini gücləndirmək niyyətindədir. Osimhen isə Premyer Liqada çıxış etməkdə maraqlıdır. 

 

"Qalatasaray" futbolçunun dəyərini 120 milyon avro olaraq qiymətləndirir. Osimhenin özü isə yeni klubunda hazırda İstanbulda qazandığı məbləğə – illik 15,5 milyon avroya bərabər maaş almaq istəyir.

 

Qeyd edək ki, Osimhenin "Qalatasaray"la müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir və müqavilədə sərbəst qalma bəndi (təzminat məbləği) nəzərdə tutulmayıb.