Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı ulduzu Kriştiano Ronaldo peşəkar karyerası ərzində 986-cı dəfə rəqib qapılarına yol tapıb. Sport24.az xəbər verir ki, 41 yaşlı forvard ölkə çempionatının IX turundan təxirə salınmış "Əl-Əhli" ilə səfər matçında adını tabloya yazdırıb.
Ciddədə baş tutan görüşün 14-cü dəqiqəsində hesabı açan Ronaldo komandasını önə çıxarsa da, meydan sahibləri geridönüş edərək 3:1 hesablı qələbə qazanıblar.
Səudiyyə Ərəbistanı çempionatı
IX tur
"Əl-Əhli" – "Əl-Nəsr" 3:1
Qollar: Venderson Qaleno, 45+1, Ayvan Toni, 71 (pen.), Rocer İbanyes 75 – Kriştiano Ronaldo, 14