"Roma" qapıçısı Corco De Marzi ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

ABŞ-ın U-20 milli komandasının üzvü olan futbolçu Roma klubu ilə 2031-ci ilin iyununa qədər qüvvədə olacaq müqavilə bağlayıb.

 

İtaliya klubu 19 yaşlı oyunçu ilə imzalanan sözləşmənin təfərrüatlarını açıqlamayıb.

 

Qeyd edək ki, De Marzi "Roma" akademiyasına 2021-ci ildə qoşulub. O, 2023/24 mövsümündə İtaliya U-17 çempionatının qalibi olub, daha sonra isə gənclər komandasında çıxış edib. Bu il De Marzi bütün rəsmi oyunlarda əsas komandanın iştirak ərizəsinə daxil edilsə də, hələ meydana çıxmayıb.