Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında ikinci dövrəyə start veriləcək. Sport24.az xəbər verir ki, 12-ci turun ilk oyunu yevlaxda baş tutacaq.
"İmişli" Zirə"ni qonaq edir. İlk dövrədən sonra aktivində 11 xal olan "pələnglər" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıbsa, "qartallar" 19 xalla 5-ci yerdədir. Nominal meydan sahiblərinin əsas məqsədi Premyer Liqada yerini qorumaqdır. Qonaqlar isə avrokuboklara vəsiqə qazanmağı hədəfləyib.
Qeyd edək ki, tərəflər arasında I dövrədə baş tutan görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası
II dövrə, XII tur
14:30. "İmişli" - "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax. Şəhər stadionu.
"İmişli": 1. Yusif İmanov, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 33. Əkbər Eyubov, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 99. İmam Əli, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 30. Xəlil Mürsəlli, 87. Toğrul Haqverdiyev, 6. Yau Mozes, 10. Dioqo Kardozu, 8. Xuan Hernandes, 42. Sebai Senin
Məşqçi: Ervins Perkons
"Zirə": 12. Maykon Kleyton, 32. Qismət Alıyev (k), 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 17. Filipe Vieyra, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mişahşah, 29. Kris Diqbeu
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 72. Hüseynəli Quliyev, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 14. Elçin Əlicanov, 57. Yusif Hacıyev, 10. Giorgi Papunaşvili, 23. Dameyn Smit
Baş məşqçi: Rəşad Sadıqov