Bu gün I Liqada səkkizinci tura yekun vurulur. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə daha iki oyun keçiriləcək.

 

Heç şübhəsiz ki, bütün diqqətlər Binədə baş tutacaq görüşə yönələcək. Aşağı dəstənin lideri "Şahdağ Qusar" ikinci pillədə qərarlaşan və "Gəncəbasar"ı qonaq edir. "Şimal" isə şamaxıda "Zaqatala" ilə qarşılaşır.

 

Qeyd edək ki, dünən baş tutan oyunlarda "Mingəçevir" "doğma divarlar" arasında "Baku Sportinq"i (1:0), "Karvan Yevlax" isə səfərdə "Xankəndi"ni (2:0) məğlub edib, MOİK - "Səbail" matçında isə qapılara qol vurulmayıb. 

 

 

I Liqa

VIII tur

 

14:00. "Şahdağ Qusar" - "Gəncəbasar"
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.

14:00. "Şimal" - "Zaqatala"
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

.