"Atletiko"nun və Cənubi Koreya millisinin hücumameyilli yarımmüdafiəçisi Li Kan İn xaricdə çıxış edən asiyalı futbolçular arasında 2026-cı ilin ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytı məlumat yayıb.
25 yaşlı Li Kan İn bu yay PSJ-dən "Atletiko"ya keçib. O, ötən mövsüm Paris klubu ilə həm Fransa çempionluğunu, həm də Çempionlar Liqasını qazanıb. Bununla da o, Çempionlar Liqasının qalibi adını birdən çox dəfə qazanan ilk asiyalı futbolçu olub.
Qeyd edək ki, Təbriz "Traktor"unun və İran millisinin qapıçısı Əlirza Beyranvənd isə "İlin Asiyalı Futbolçusu" seçilib.